Zirə Payde görüşünün hakim təyinatları bəlli oldu

24.07.2026

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Zirə" - "Payde" görüşünün hakim təyinatları bəlli olub.

Qarşılaşmanı Xorvatiyadan olan Dario Bel idarə edəcək.

Ona həmyerliləri İvan Yaniç və Dino Knez kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Patrik Pavleşiç yerinə yetirəcək.

Qeyd edək ki, "Zirə" – "Payde" cavab görüşü iyulun 31-də Bakıda keçiriləcək. İlk oyunda Estoniya təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. "Zirə" növbəti mərhələyə yüksəlmək üçün doğma meydanda ən azı iki top fərqi ilə qalib gəlməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью