Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
Futbolpress.az xəbər verir ki, tədbirdə “Zirə”nin də potensial rəqibi məlum olacaq.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv II təsnifatda “Payde” (Estoniya) səddini aşsa, növbəti mərhələdə aşağıdakı komandalardan biri ilə düşəcək:
“Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi.
“Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi.
“Rakuv” (Polşa) – “Valetta” (Malta) cütünün qalibi.
“Riyeka” (Xorvatiya) – Derri Siti (İrlandiya) cütünün qalibi.
“Polissya” (Ukrayna) – “Kopenhagen” (Danimarka) cütünün qalibi.
Püşkatma mərasimi 16:00-da başlayacaq.
“Zirə” “Payde” ilə ilk oyunu iyulun 23-də səfərdə keçirəcək. Cavab görüşü bir həftə sonra Sumqayıtda olacaq.