Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Azərbaycanın avrokuboklardakı təmsilçisi “Zirə” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Estoniyada “Payde”yə minimal hesabla (0:1) uduzmuş “Zirə” Sumqayıtdakı cavab görüşündə revanş almağa və növbəti mərhələyə adlamağa çalışacaq.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
30 iyul
20:00. “Zirə” – “Payde”
Baş hakim: Patrik Kolariç (Xorvatiya)
Stadion: Sumqayıt şəhər stadionu