Zirə qalib gəldi, Səbail I Liqaya düşdü

10.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının XXXIV turunda “Zirə” səfərdə “Səbail”i məğlub edib.

Axar.az xəbər verir ki, “ASCO Arena”da keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 70-ə yüksəldən Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ikinci pillədə qərarlaşıb. Hazırda 22 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsində olan “Səbail”in isə I Liqaya düşdüyü dəqiqləşib.

Turun digər matçında “Turan Tovuz” “Neftçi” ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью