“Zirə” qalib gələrək 3 cü yerə yüksəldi

18.01.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasında 19-cu turun matçları davam edir.

QOL.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək. 

Əvvəlcə “Zirə” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edir.

Hazırda Naxçıvan klubu 39 xalla turnir cədvəlində ikinci, qəsəbə təmsilçisi isə 30 xalla dördüncü yeri tutur. 

Rəşad Sadıqovun komandası bu gün qələbə qazansa, turnir cədvəlində bir pillə irəliləməklə “Turan Tovuz”u qabaqlayacaq. 

Cari mövsüm bu komandaların duellerində “Araz-Naxçıvan”ın üstünlüyü var. Öz meydanında heç-heçə (1:1) edən Elmar Baxşıyevin komandası səfərdə “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib. 

Günün ikinci oyununda “Sumqayıt” öz meydanında “Səbail”i qəbul edəcək. 

18 yanvar

16:00. “Zirə” - “Araz-Naxçıvan” - 1:0 

Qol: İsmayıl İbrahimli, 4
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Şirmamed Mamedov
Zirə İdman Kompleksinin stadionu

18:30. “Sumqayıt” - “Səbail”
Hakimlər:
İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Teymur Teymurov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19 yanvar

16:00. “Kəpəz” - “Turan Tovuz”

18:30. “Neftçi” - “Sabah”

17 yanvar

“Qarabağ” - “Şamaxı” - 3:2

N Klublar O Q H M T-F X 1 Qarabağ 19 16 2 1 50-9 50 2 Araz-Naxçıvan 18 12 3 3 21-13 39 3 Turan Tovuz 18 8 8 2 24-15 32 4 Zirə 18 9 3 6 28-16 30 5 Sabah 18 6 8 4 27-24 26 6 Sumqayıt 18 6 2 10 15-26 20 7 Şamaxı 19 4 5 10 18-26 17 8 Neftcçi 18 3 8 7 16-27 17 9 Kəpəz 18 3 2 13 12-41 11 10 Səbail 18 2 3 13 16-30 9

Bombardirlər:

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Felipe Santos ("Araz Naxçıvan") - 8 qol

Davit Volkov ("Zirə") - 7 qol

Leandro Anderade ("Qarabağ") - 7 qol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью