“Zirə” “Qarabağ”: statistika nə deyir?

06.12.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Qarabağ” Premyer Liqanın XIV turunda bu gün “Zirə“nin qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşə saat 17:00-da start veriləcək.

Bir oyunu ehtiyatda olan “Qarabağ” 29 xalla liderdir. Qurban Qurbanovun yetirmələri 12 oyunda 9 qələbə qazanıb, 1 dəfə uduzub. İki görüşdə heç-heçə edən “atlılar” bu bərabərlikdən birini məhz “Zirə” ilə matçda edib.

İkinci pillədəki “Zirə“nin aktivində isə 26 xal var. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 13 oyunda 7 qələbə qazanıb, 5 heç-heçə edib. “Qartallar” bu mövsüm bir dəfə uduzub.

Hər iki komanda son 5 oyunda 4 qələbə qazanıb, 1 dəfə bərabərə qalıb. “Qarabağ” “Şamaxı“, “Zirə” isə “Turan Tovuz”la oyunda “sülh” edib.

Komandalar arasında baş tutan son 5 oyunda “Qarabağ” 3 qələbə qazanıb, “Zirə” isə 1 dəfə üç xala sevinib. Tərəflərin mövsümün ilk dueli bərabərliklə başa çatıb – 1:1. “Qarabağ” “Zirə“yə qarşı keçirdiyi son 5 səfər matçının 4-də qələbə qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью