“Zirə” “Qarabağ”la heç heçə etdi YENİLƏNİB İdmanXəbər

06.12.2025

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Misli Premyer Liqasında 14-cü tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. Turun açılış matçında “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edib və görüş heç-heçə başa çatıb – 1:1.

Hazırda Ağdam klubu 30 xalla çempionatın lideridir. “Zirə” isə 24 xalla turnir cədvəlində ikincidir. 

Bu komandalar arasında ilk dövrədə keçirilən görüşdə qalib aşkarlanmayıb – 1:1. 

6 dekabr (şənbə)

17:00. “Zirə” – “Qarabağ” 1:1

Qol: İssa Cibrila, 31 (1:0), Enrike Kustodio, 44-avtoqol (1:1)
Hakimlər:
 Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Vüsal Məmmədov
Zirə İdman Kompleksinin stadionu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью