sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premter Liqasının 11-ci turunun ikinci oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, Bakıətrafı qəsəbənin eyniadlı təmsilçisi doğma meydanda "Qəbələ""ni qonaq edir.
İlk dövrənin sonuncu turu ərəfəsində aktivində 16 xal olan meydan sahibləri 6-cı, qonaqlar isə 8 xalla 10-cu pillədə qərarlaşıb. "Qartallar" bu gün qalib gələcəyi halda dünən xal itirən "Kəpəz"i geridə qoyaraq 4-cü yerə yüksələ, "Qarabağ"la xallarını bərabərləşdirə bilər. "Qırmızı-qaralar" isə 3 xal qazanacağı təqdirdə təhlükəli zondan bir qədər aralanacaq.
Qeyd edək ki, tur sabah keçiriləcək "İmişi" - "Sumqayıt", "Sabah" - "Şamaxı" oyunları ilə başa çatacaq.
Misli Premyer Liqası
I Dövrə, XI tur
18:30. "Zirə" - "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov
VAR: Kamranbəy Rəhimov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə. İdman Kompleksinin stadionu.