“Zirə” qədər qol vuran yoxdur

09.10.2025

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Zirə” Premyer Liqada 7 turda ən çox qol vuran komandadır.

Futbolpress.az-ın məlumatına görə, Rəşad Sadıqovun yetirmələri 14 qola imza atıb. “Kəpəz”ə 5:0 hesabıyla qalib gələ “qartallar”ın oyun üzrə qol ortalaması 2-yə bərabərdir. “Zirə” geridə qalan turlarda 7 qol buraxıb. Aktivində 13 xal olan qəsəbə təmsilçisi 4-cü sıradadır.

Bu mövsüm ən az qol vuran komanda “Kəpəz”dir. Autsayder cəmi 2 dəfə fərqlənməyi bacarıb.

Son 5 turda “Kəpəz”lə yanaşı, daha bir komanda qol vura bilməyib. Bu, debütant “Karvan-Yevlax”dır. Azər Həşimovun rəhbərlik etdiyi kollektiv son 5 matçda qol vurmayıb, qələbə qazanmayıb – 4 məğlubiyyət, 1 heç-heçə.

Çempionatda ən az qol buraxan komanda “Qarabağ”dır. Son çempionat 7 matçda 11 qol vurub, 2-ni buraxıb. “Qarabağ” qol buraxdığı “Sumqayıt”la matçda (1:2) uduzub, “Zirə” ilə isə heç-heçə edib (1:1).

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью