Zirə Sabah la oyuna 5 itki ilə çıxacaq AÇIQLAMA

15.05.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 35-ci turunda "Sabah"ı qəbul edəcək "Zirə" oyuna tam heyətlə çıxa bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:

"Qismət Alıyev cəzalı durumdadır. Yusuf Laval üçün mövsümün bitdiyi öncədən bəllidir. Hacıağa Hacılı, İsmayıl İbrahimli və Fuad Bayramov da zədə səbəbindən "Sabah"a qarşı oynaya bilməyəcəklər".

 "Zirə" - "Sabah" qarşılaşması mayın 17-də keçiriləcək. 34 tura 70 xal toplayaraq yalnız lider "Qarabağ"dan geri qalan "Zirə" 2-ci yeri təmin edibsə, 44 xala malik "bayquşlar" 5-ci pillədə mövqe tutublar.

Nihat
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью