Zirə Salifu Sumaya görə hansı klubların təklifini geri çevirib? EKSKLÜZİV

03.02.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Zirə" futbolçusu Salifu Suma üçün bir neçə klubun təklifini rədd edib. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.

"Qartallar" Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Fayha", Fransanın "Qrenobl" və Ukranın LNZ klubunun təklifini geri çevirib. LNZ-nin baş məşqçisi daha əvvəl ölkəmizdə işləmiş Roman Qriqorçukdur.

Bundan əlavə, Rusiyanın adı açıqlanmayan üç klubunun da oyunçu ilə maraqlanır.  olunub.

Qeyd edək ki, 21 yaşlı futbolçunun 800 min - 1 milyon avro təzminat qarşılığında Kiyev "Dinamo"suna transfer olunacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью