Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Premyer Liqasının VII turunda “Zirə” və “Şamaxı” komandaları üz-üzə gəlib.
Redaktor.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Baş hakim Fərid Hacıyevin idarə etdiyi görüşdə meydan sahiblərinin heyətində Ange Mutsinzi (68-ci dəqiqə), qonaqların heyətində isə Abdullahi Şuaybu (53-cü dəqiqə) fərqlənib.
Bu nəticədən sonra Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” 11 xalla turnir cədvəlinin 5-ci, Azər Bağırovun baş məşqçisi olduğu “Şamaxı” isə 10 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, günün növbəti qarşılaşmasında saat 19:30-da “SOCAR Polymer Arena”da “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.