Zirə Şamaxı nı məğlub etdi, tarixə düşdü

31.03.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XXVIII turunun son matçında “Zirə” “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, bu nəticə Azərbaycan çempionatları tarixində 400-cü dəfə qeydə alınıb.

Turnirdə ilk 3:0-a 1992-ci il mayın 3-də təsadüf olunub. Həmin gün “Pambıqçı” (Bərdə) “Şirvan”a (Kürdəmir) 3 cavabsız qolla qalib gəlib. Çempionatın 33 illik tarixində 3:0 hesabı ilə ən çox qələbə qazanan komanda “Qarabağ”dır – 65 dəfə. “Neftçi” 41, “Kəpəz” 31 dəfə üç cavabsız qola sevinib.

Gəncə təmsilçisi həm də hamıdan çox – 27 dəfə 0:3-ə üzülüb. MOİK 25, “Qəbələ” 22 dəfə belə məğlubiyyət alıb.

Qeyd edək ki, “Zirə” və “Şamaxı” üçün bu nəticə 12-ci olub. Bakı klubu bu hesabla 12-ci qələbəsini qazanıbsa, qonaqlar 12-ci dəfə üç cavabsız qolla uduzublar.

Azər Bağırov: “Çempionatın maraqlı hissəsi qabaqdadır” Elvin Məmmədov: “Bu xal bizə xeyir verəcək” Brahim Konate: "Fasilə zamanı yaxşı hazırlaşmışıq" Tovuzda qollu bərabərlik - YENİLƏNİB Azərbaycan çempionatlarında yeni rekord
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью