Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Zirə" bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Bizim.Media xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Şamaxı" ilə üz-üzə gəlib.
Qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Zirə"nin heyətində Elçin Əlicanov (54), Eldar Quliyev (64) və Ceyhun Nuriyev (89) fərqlənib. "Şamaxı"nın yeganə qolunu isə matçın 3-cü dəqiqəsində Rafael Məhərrəmli vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media