Zirə Səbail ə penaltilər seriyasında qalib gəlib

27.10.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Zirə" "Səbail"ə qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitib.

Əlavə vaxtda da hərəyə 1 qol vuran tərəflər qalibi müəyyənləşdirə bilməyiblər - 2:2.

Penaltilər seriyasında daha dəqiq oynayan "Zirə" (3:2) 1/8 finala adlamağı bacarıb.

Xatırladaq ki, II təsnifat mərhələsinin bu gün keçirilən oyunlarında "Araz-Naxçıvan" "Şimal"ı 6:0, "Marafon" "Zaqatala"nı 1:0, "Sumqayıt" "Kür-Araz"ı 11:0, "Qəbələ" isə "Mingəçevir"i 3:0 hesabı ilə məğlub edib.

Bu raunda oktyabrın 29-da yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью