“Zirə” “Səbail” səfərində | Icma.az
Qol.az saytına istinadən Icma.az xəbər verir. Misli Premyer Liqasında 18-ci tur davam edir.
QOL.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. “Turan Tovuz” öz meydanında “Neftçi” ilə üz-üzə gələcək.
Günün ikinci qarşılaşmasında isə “Səbail” öz meydanında “Zirə”ni qəbul edəcək.
Bu komandalar arasında ilk dövrədə keçirilən görüşdə “Zirə” 4:1 hesablı qələbə qazanıb.
Hazırda Rəşad Sadıqovun komandası 27 xalla dördüncü pillədə qərarlaşıb. “Səbail” isə 9 xala sonuncudur.
Cavid Hüseynovun gəlişindən sonra da qara zolaqdan çıxa bilməyən “Səbail” 9 turdur qələbə üzünə həsrətdir.
Komanda bu gün qalib gələcəyi halda, sonuncu pillədən qurtulacaq. Əks halda “dənizçilər” ili sonuncu yerdə tamamlayacaq.
Bir müddət uğursuzluq zolağına düşən “Zirə” sonradan toparlanmağı bacardı. Rəşad Sadıqovun komandası son 3 turda 7 xal toplayıb.
Tam oxu
Xəbəri oxu