sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli Premyer Liqasının ilk turunun üçüncü oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir Bakıətrafı qəsəbə təmsilçisi "doğma divarlar" arasında "Şəfa"nı qəbul edir.
Bu yay ölkəmizi Konfrans Liqasında təmsil edən "Zirə"ni iş başında görmüşüksə, Premyer Liqanın debütantı "sirli qutudur". Maraqlıdır ki, "Şəfa"nın baş məşqçisi Zaur Həşimovun son iş yeri də məhz "Zirə"nin futbol akademiyası olub. "Qartallar"ın akademiyasına cavabdehlik daşıyan Həşimovun çalışdırdığı kollektivin elitada ilk imtahanı "Zirə"yə qarşı olacaq.
Qeyd edək ki, hesabat həftəsinə sabah keçiriləcək "Qarabağ" - "Şamaxı" oyunu ilə yekun vurulacaq.
Misli Premyer Liqası
I dövrə, I tur
21:00. "Zirə" - "Şəfa"
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Zirə. İdman Kompleksinin stadionu.