“Zirə” səfərdə “Şamaxı”nı məğlub etdi

24.01.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə Misli Premyer Liqasında XX tura start verilib.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Şamaxı” doğma meydanda “Zirə”ni qəbul edib. Şamaxı şəhər stadionunda oynanılan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin yeganə qoluna 38-ci dəqiqədə Brahim Konate imza atıb. Baki təmsilçisinin heyətində isə 45+1-ci dəqiqədə Ruan Renato, 48-ci dəqiqədə Salifu Suma fərqləniblər.

Bu nəticədən sonra xallarını 36-ya çatdıran “Zirə” 3-cü, “Şamaxı” isə 17 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, XX turun digər oyunları yanvarın 25-26-da təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью