Zirə səfərdə Torpedo ilə qarşılaşır

16.07.2026

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Zirə" bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Rəşad Sadıqovun  baş məşqçi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Torpedo" (Kutaisi) ilə üz-üzə gələcək.

Tərəflər arasında bir həftə əvvəl Sumqayıtda keçirilən görüş "qartallar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Macarıstanlı Mihali Kaprayın baş hakim olduğu qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə Hegelmann" (Litva) – "Payde" (Estoniya) cütünün mərhələ adlayan komanda ilə oynayacaq. 

Konfrans Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
16 iyul

20:00. Torpedo – Zirə
Baş hakim: Mihali Kapray (Macarıstan).
Kutaisi. Ramaz Şengeliya stadionu.

ilk oyun - 3:0

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью