“Zirə” Sumanı bu şərtlərlə buraxacaq tələb olunan məbləğ

27.02.2025

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Zirə”nin futbolçusu Salifu Suma klubdan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, Bolqarıstanın ÇSKA klubu qvineyalı vingerin xidmətində maraqlıdır. Bu barədə “Africafoot.com” saytı məlumat yayıb. Sofiya təmsilçisi artıq oyunçunun agenti ilə əlaqə saxlayıb.

Daha əvvəl Fransanın “Qrenobl” klubu Suma üçün “Zirə”yə 400 min avro təklif edib. Lakin Azərbaycan klubu bununla razılaşmayıb. “Zirə” Suma üçün 800 min avro və növbəti satışdan 30 faizlik pay istəyir.

Salifu bu mövsüm 28 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью