“Zirə” Sumqayıt səfərində qələbə qazandı

15.02.2025

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Premyer Liqasının XXIII turun açılış günündə “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşmada “Zirə” səfərdə böyükhesablı qələbəyə sevinib-3:0.

“Qartallar”ın hücumçusu braziliyalı Rafael Utsiq 14-cü dəqiqədə hesabı açıb. Qvineyalı müdafiəçi Salifi Suma isə 36 və 65-ci dəqiqələrdə rəqib qapısına yol taparaq “dubl” edib.

Bu nəticə ilə “Sumqayıt” ardıcıl 7-ci oyundur rəqib qapısına qol vura bilmir.

Vaqif Cavadovun komandası 22 xalla turnir cədvəlinin VII pilləsində qərarlaşıb. “Qartallar” isə xal sayını 42-ə çatdıraraq II yerdə qərarlaşan “Araz-Naxçıvan”la fərqi 2-ə endirdilər.

Qeyd edək ki, XXIII turun sabah keçiriləcək görüşlərində “Turan Tovuz” -Araz-Naxçıvan”, “Neftçi”-Qarabağ” komandaları üz-üzə gələcək. Turun son günü “Kəpəz” evdə “Şamaxı”nı, “Səbail” isə “Sabah”ı qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью