Icma.az, Yeniavaz saytına istinadən bildirir.
UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində “Zirə” - “Torpedo” (Gürcüstan) görüşü keçirilib.
Yeniavaz.com xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən oyun Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.
Oyunda Ruan Renato (32 və 63) və David Volkov (48) fərqləniblər.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.