Zirə Turan Tovuz a qarşı Erensiz oynayacaq

17.09.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının 6-cı turunda "Turan Tovuz"un qonağı olacaq "Zirə"nin heyəti ilə bağlı son vəziyyət bəllidir.

Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:

"Komandada cəzalı futbolçu yoxdur. Hücumçu Eren Aydın zədə səbəbindən qarşıdakı oyunda iştirak etməyəcək".

Qeyd edək ki, "Turan Tovuz" - "Zirə" matçı sentyabrın 19-da keçiriləcək. Tovuz şəhər stadionunda keçiriləcək görüşün start fiti 17:30-da səsləndiriləcək. Hazırda 10 xalı olan qəsəbə təmsilçisi turnir cədvəlinin 4-cü, 8 xala malik "boz qurdlar" isə 5-ci pilləsində qərarlaşıblar.

Nihat
 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью