“Zirə” Türkiyə klubu ilə üz üzə YENİLƏNİR

15.07.2025

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Zirə” bu gün növbəti yoxlama matçını keçirəcək.

Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Türkiyə I Liqa təmsilçisi “Çorum” klubu ilə qüvvəsini sınayacaq.

Görüş Fanatik Tur Meydançalarında baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Xatırladaq ki, komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən üstün olub – 2:1.

Qeyd edək ki, “Zirə” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

"Real" ispaniyalı üçün 50 milyon ödəyəcək “Milan” Luka Modriçin transferini açıqlayıb "Qəbələ" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB "Səbail"də ayrılıq "İmişli" "Sumqayıt"la qarşılaşacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью