Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Futbolpress.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yerli “Iğdır” komandası ilə üz-üzə gələcək. Matça 18:00-da start veriləcək.
“Zirə” Boludakı ilk matçında Özbəkistan təmsilçisi “Navbahor”a 1:3 hesabı ilə uduzub.