Zirə Türkiyə komandasını məğlub etdi

02.07.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yerli "Fatih Karagümrük"lə üz-üzə gəlib. Matç "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmilçisinin heyətində George Papunaşvili fərqlənib.
"Zirə” Boludakı ilk matçında Özbəkistan “Novbahor”una 1:3, ikinci matçında Türkiyə təmsilçisi "Igdır"a 3:4 hesabı ilə uduzub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью