“Zirə” Ukrayna və Çexiya komandası ilə qarşılaşacaq

16.01.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün iki yoxlama oyunu keçirəcək.

Futbolpress.az xəbər verir ki, “qartallar” əvvəlcə Ukraynanın “Oleksandriya” komandası ilə üz-üzə gələcək. Matç saat 13:00-da start götürəcək.

Digər görüş isə 18:00-da Çexiyanın “Bohemians” kollektivinə qarşı olacaq.

“Zirə” Antalyadakı ilk yoxlama görüşündə Rumıniyanın “Çiksereda” komandası ilə heç-heçə edib – 3:3.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью