futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Zirə” Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Estoniyada “Payde”yə uduzub – 0:1.
Futbolpress.az xəbər verir ki, Rəşad Sadıqovun komandası matçda daha çox hücum edən tərəf olmasına baxmayaraq, “çərçivə”yə düşə bilməyib. “Qartallar” oyunboyu qapıya 10 zərbə endirib və bunlardan 5-i dəqiq olub. 4 zərbə uğursuz alınıb, 1-i isə bloklanıb.
“Payde” isə qapıya endirdiyi 7 zərbənin 5-də dəqiq olub ki, bunlardan biri də qolla nəticələnib.
Görüşün statistikası “Zirə”nin üstün olduğunu göstərsə də matçın taleyini həll edən qolu estonlar vurub.
Tərəflər arasında cavab görüşü bir həftə sonra olacaq. Azərbaycan təmsilçisinin mərhələ adlamaq şansları davam edir. “Qartallar” revanşda vuracağı erkən qolla böyükhesablı qələbə yolunu aça bilər. Rəqibin önə keçməsi isə işləri çətinləşdirəcək.