Zirə və Araz Naxçıvan üçün daha 4 rəqib: Belçika və Danimarka klubları

30.05.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Zirə” və “Araz-Naxçıvan”ın Konfrans Liqasının ikinci təsnifat mərhələsində daha 4 potensial rəqibi bəlli olub. 

Sportal.az xəbər verir ki, hər iki təmsilçimiz püşkatmada səpələnmişlər arasında yer alacaq. Əvvəllər məlum olan potensial rəqiblərə aşağıdakı klublar əlavə olunub: “Şarlerua” (Belçika), “Brondbü” (Danimarka), “Puşkaş Akademiyası” (Macarıstan) və “Universitatya” (Krayova, Rumıniya).

Beləliklə, 44 mümkün rəqibdən hazırda 26-sı bəllidir: AZ (Hollandiya), “Sparta” (Praqa, Çexiya), “Başakşehir” (Türkiyə), “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Yagelloniya” (Polşa), “Santa-Klara” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Hayduk”(Xorvatiya), “Riqa” (Latviya), Maribor (Sloveniya), AEK (Yunanıstan), “Balkani” (Kosovo), DAK 1904 (Slovakiya), “Rakov” (Polşa), “Rosenborq” (Norveç), “Vikinq” (Norveç), “Aris” (Yunanıstan), “Austriya”  (Avstriya), “Vaduts”(Lixtenşteyn) və “Dandi” (Şotlandiya) 

İkinci turun püşkatma mərasimi iyunun 18-də keçiriləcək.

Onu da qeyd edək ki, “Zirə” yeni mövsümə Konfrans Liqasında deyil, Avropa Liqasının I təsnifat mərhələsində başlaya bilər. Beləliklə, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Qarabağ”ın ölkə kubokunu qazanması ilə yoluna Avropa Liqasında davam edəcək. 
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью