Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Misli Premyer Liqasının üçüncü turu çərçivəsində turun mərkəzi qarşılaşmalarından biri keçiriləcək. "Zirə" doğma meydanda "Neftçi"ni qəbul edəcək.
İdman.Biz xəbər verir ki, qarşılaşma Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və saat 20:15-də başlayacaq. Matçın baş hakimi Elçin Məsiyev olacaq.
Hər iki komanda mövsümə yüzfaizlik nəticə ilə başlayıb. "Neftçi" ilk iki matçında qələbə qazanaraq altı xal toplayıb və 8:1 top fərqi ilə turnir cədvəlinə başçılıq edir.
"Zirə" də keçirdiyi hər iki görüşdə qalib gəlib və altı xal toplayıb. Komandanın top fərqi 5:1-dir.
Beləliklə, qarşılaşmada qələbə qazanan komanda bugünkü oyun gününün yekununda turnir cədvəlinin vahid lideri olacaq.