Zirə və Neftçi klubları cərimələnib

03.03.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AFFA İntizam Komitəsi "Zirə" və "Neftçi" klublarını cərimələyib.

"Report"un məlumatına görə, paytaxt təmsilçiləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında yaşananlara görə ziyana düşüblər.

"Zirə" beş üzvü "Araz-Naxçıvan"la oyunda (0:2) sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərin hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi ucbatından (cari mövsüm ikinci dəfə yaşanır) 500 manat ödəyəcək.

"Kəpəz"lə qarşılaşmada (1:0) qırmızı vərəqə alan "Neftçi"nin hücumçusu Bassalu Sambu 2 oyunluq cəzalanıb, "ağ-qaralar"a isə 1500 manatlıq cərimə tətbiq edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью