“Zirə” və “Neftçi” UEFA Konfrans Liqasında çıxışlarını dayandırıb

31.07.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dünən UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab görüşləri keçirilib. Bakının “Zirə” komandası Sumqayıt şəhər stadionunda Estoniyanın “Payde” klubu ilə qarşılaşıb. Xorvatiyalı FIFA referisi Patrik Kolariçin idarə etdiyi oyunda Azərbaycan klubunun heyətində 5-ci dəqiqədə Eren Aydın hesabı açıb – 1:0. Rəqib komanda 71-ci dəqiqədə Henri Anierin dəqiq zərbəsi ilə hesabda tarazlıq yaradıb – 1:1. Oyun bu hesabla başa çatıb.

İlk matçda “Payde” doğma meydanda 1:0 hesablı qələbə qazandığı üçün bərabərlik Estoniya təmsilçisini növbəti mərhələyə çıxarıb.

UEFA Konfrans Liqasında digər təmsilçimiz Bakının “Neftçi” klubu II təsnifat mərhələsinin cavab görüşündə səfərdə “Dinamo” Minsklə qarşılaşmada 1:0 hesabı ilə qalib gəlsə də iki oyunun cəminə görə (3:4) məğlub olaraq liqadakı çıxışlarını dayandırıb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью