“Zirə” Xorvatiyaya ciddi itki yollandı

29.07.2025

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Hayduk”la qarşılaşacaq “Zirə” Xorvatiyaya ciddi itki ilə yollanıb.

İdmanxeber.az-ın məlumatına görə, komandanın aparıcı oyunçularından oaln Anje Mutsinzi səfər matçında forma geyinə bilməyəcək. Ruandalı müdafiəçinin sənəd problemi olduğu üçün Xorvatiya səfirliyi futbolçuya viza verməyib.

Komandalar arasında cavab matçı iyulun 31-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью