Zirə yay hazırlığını Bakıda başladı, Türkiyədə davam etdirəcək

18.06.2026

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Zirə"nin yay hazırlıq planı bəlli olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

"Qartallar" iyunun 25-dək çalışmalarını paytaxda davam etdirəcək.

Bu müddətdə 1 yoxlama oyunu keçirəcək komanda iyunun 20-də, saat 18:00-da "Azərsun Arena"da "Qarabağ"la qarşılaşacaq.

25 iyun - 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılığın növbəti mərhələsini keçirəcək "Zirə" burada iki yoxlama oyununda gücünü sınayacaq. Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində baş tutacaq.

Rəqiblərin adı və oyun saatları hələlik məlum deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью