“Zirə” yeni transferi üçün nə qədər ödəyib? İDDİA

17.09.2026

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Zirə" mərakeşli müdafiəçi Mehdi Mişahşahın transferi üçün "Raca Kasablanka"ya təzminat ödəyib.

Sportal.az "Africafoot"a istinadən xəbər verir ki, Bakı klubu keçid üçün Mərakeş təmsilçisinə 250.000 dollar (425.000 manat) ödəniş edib.

Həmçinin oyunçuya il ərzində bonus olaraq əlavə 200.000 dollar (340.000 manat) ödəyəcək.

Qeyd edək ki, "Raca Kasablanka"nın yetirməsi olan 22 yaşlı mərakeşli 3 illik müqavilə imzalayıb.
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью