Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq. Kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev yaxın günlərdə dəhşətli zəlzələ olacağı pr
Ekstrasens bu barədə Teleqram kanalında paylaşım edib. “2021-ci ildən bu günə qədər zəlzələlərin olacağı proqnozunu verirdim.
Eyni zamanda Türkiyədə baş verən dəhşətli zəlzələni də öncədən bildirmişdim. Çox təəssüf ki, 2025-ci il də bu siyahıdan kənar deyil.
Bir həftə ərzində, xüsusilə də 23-24 yanvar tarixləri arasında zəlzələlər olma ehtimalı çox böyükdür.
Əsasən də isti iqlimə sahib ölkələr daha çox risk altındadır”,- deyə o qeyd edib.
Bununla bağlı Publika.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə əlaqə saxlayıb.
Qurumun informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı qeyd edib ki, zəlzələnin dəqiq proqnozu yoxdur: “Dünyanın heç bir seysmoloqu, alimi zəlzələnin olacağı günü, ayı, saatı təyin edə bilməz.
Hələ ki dünya seysmologiya elmi zəlzələnin dəqiq proqnozunu verə bilmir.