Icma.az, Axar.az saytına istinadən bildirir.
İranda baş verən hadisələrlə bağlı sizin sayta öncədən proqnoz vermişdik. Çox təəssüf ki, özünü doğrultdu. İranda baş verən daxili qarışıqlığın səbəbi isə Qərb və İngiltərədir. Dünya iqtisadiyyatı onların idarəçiliyində olduğu üçün çox təəssüf ki, İrandakı vəziyyəti idarə edə bilirlər.
Bu sözləri Axar.az-a açıqlamasında kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.
“Qərbin bu kimi iqtisadi silahlardan sabah kimlərə qarşı istifadə edəcəyi də sual altındadır. Bu gün İran, sabah da başqası.
Düşünürəm ki, İran üçün yaz, yayın əvvəlləri, həmçinin aprel ayı təhlükəli və uğursuzdur.
2026-2027-ci illərdə İranda hazırkı hakimiyyət böyük ehtimalla devriləcək. Bu da yay və payız aylarına təsadüf etməlidir. İran üçün sentyabr ayı, o cümlədən 17 rəqəmi daha aktiv tarixi cəhətdən önəmli ay və rəqəmdir.
İranın ali dini lideri Ayətullah Əli Xameneiyə gəldikdə isə öz xalqı istisna olmaqla, ona qarşı heç bir təhlükə görmürəm”, - deyə ekstrasens qeyd edib.