Zirəddindən qorxunc proqnoz: İstanbulu qırmızı görürəm...

23.04.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, İstanbulda ard-arda 8 zəlzələ qeydə alınıb. Bu, həm Türkiyə, həm də Azərbaycanda narahatlığa səbəb olub. Əksəriyyət 2 il əvvəl qardaş ölkədə baş verən dağıdıcı zəlzələnin təkrarlanacağını düşünür.

Axar.az xəbər verir ki, kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev Globalinfo.az-a açıqlamasında bu il Türkiyədə dağıdıcı zəlzələlər olmayacağını deyib.

“May, iyun və noyabr Türkiyə üçün seysmoloji aktiv aylardır. Ümumilikdə bu il Qəhrəmanmaraşdakı kimi faciəvi, tarixi fəlakət görmürəm. Lakin mən İstanbulu qırmızı görürəm. Bu, ya böyük yanğın, ya da partlayış ola bilər”.

Ekstrasens Azərbaycan üçün qorxulu və dağıdıcı zəlzələ görmədiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью