“Zirə”də ciddi itki Əsas legioneri zədələndi

04.12.2024

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

“Zirə” ciddi itki ilə üzləşib.
Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisinin hücumçusu Rafael Utziq zədə səbəbindən Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Şamaxı” və Misli Premyer Liqasının 16-cı turunun “Kəpəz”lə qarşılaşmalarını buraxacaq.
Onun müalicəsi yaxşı alınarsa, braziliyalı forvard ikinci dövrənin son iki turunda “Turan-Tovuz” və “Səbail”ə qarşı oynaya biləcək.
Qeyd edək ki, XV turun “Sumqayıt”la oyununda zədə aldığı üçün Utziq 27-ci dəqiqədə meydanı tərk edib. Komandanın kapitanı Qismət Əliyev üçün isə il başa çatıb. Məşqdə zədələnmiş müdafiəçi komandaya bir də gələn il kömək olacaq.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью