Zirədə ciddi itki legioneri oynamayacaq

04.12.2024

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

“Zirə” ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisinin hücumçusu Rafael Utziq zədə səbəbindən Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Şamaxı” və Misli Premyer Liqasının 16-cı turunun “Kəpəz”lə qarşılaşmalarını buraxacaq.

Onun müalicəsi yaxşı alınarsa, braziliyalı forvard ikinci dövrənin son iki turunda “Turan-Tovuz” və “Səbail”ə qarşı oynaya biləcək. Qeyd edək ki, XV turun “Sumqayıt”la oyununda zədə aldığı üçün Utziq 27-ci dəqiqədə meydanı tərk edib. Komandanın kapitanı Qismət Əliyev üçün isə il başa çatıb.

Məşqdə zədələnmiş müdafiəçi komandaya bir də gələn il kömək olacaq.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью