Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

26.03.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Bu gün axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
 

Məlumata görə, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib.


Hadisə zamanı sonuncunun atası - 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C. Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью