Zirədə gərgin anlar VİDEO İdmanXəbər

18.01.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının 19-cu turunda “Zirə” doğma meydanda “Araz Naxçıvan”ı qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, ilk hissəsi başa çatan matçda gərginlik yaşanıb. “Zirə”nin futbolçusu Rafael Utziqlə “Araz Naxçıvan”ın oyunçusu Qara Qarayev arasında qarşıdurma olub. Onlar fasilədə soyunub-geyinmə otağına  yollanana qədər mübahisə ediblər. 

Nəticədə, hakim hər iki oyunçuya sarı vərəqə göstərib. İlk hissəsi sona çatan görüşdə qəsəbə təmsilçisi 1:0 hesabı ilə öndədi.

https://idmanxeber.az/wp-content/uploads/2025/01/VID-20250118-WA0028.mp4

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью