Zirədə “səssiz” və ehtiyatlı oyun

16.12.2024

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Zirə” Azərbaycan Premyer Liqasının XVII turunda “Turan Tovuz”la heç-heçə edib – 0:0.

Avrokuboklara iddiaçı komandaların dueli başladığı kimi başa çatıb. İlk hissəsi daha sönük keçən görüşdə fasilədən sonra komandalar hücum sayını artırsa da, nə real qol şansı yarandı, nə qol vuruldu.

Heç-heçə “Turan Tovuz” üçün daha yaxşı nəticə hesab edilə bilər. Kurban Berdıyevin yetirmələri ən yaxın izləyiciləri ilə xal fərqini qorumağı bacardı. Bu görüşlə həm də “Turan Tovuz”un qış fasiləsinə “üçlük”də yollanacağı dəqiqləşdi.

Son turlarda yüksəlişdə olan “Zirə” Tovuz təmsilçisi ilə matçda ikinci hissədə daha üstün tərəf kimi təsir bağışlasa da, rəqib müdafiəsini yarmaqda çətinlik yaşadı. Ümumiyyətlə, “qartallar” bu mövsüm qapanan komandalara qarşı problemlər yaşayır. Hücumda fərdi bacarıqları yüksək olan Rafael Utziqin yoxluğu özünü göstərdi. Volkov çox çalışsa da, hücum yükünü daşıya bilmədi.

“Zirə” turnir cədvəlinin 4-cü sırasında qərarlaşıb və növbəti turda “Səbail”in qonağı olacaq. Qəsəbə təmsilçisinin ən yaxın izləyicisi “Sabah” isə “Şamaxı”nın qonağı olacaq. “Bayquşlar”ın qələbə ehtimalı yüksəkdir və “Zirə”nin “Səbail”lə matçda xal itirməsi turnir cədvəlində geriləməyə səbəb ola bilər.

“Turan Tovuz” isə 31 xalla üçüncü pillədədir və “Zirə”ni 4 xal qabaqlayır. Berdıyevin yetirmələri növbəti turda yarımcan “Neftçi” ilə üz-üzəgələcək. Meydança və azarkeş amili tovuzlulardan yana olacaq. Fanatları önündə daha yaxşı futbol nümayiş etdirən “Turan Tovuz” ilin son oyununda qələbə qazanmaqla fanatlarına yeni il hədiyyəsi vermək niyyətindədir.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Premyer liqa Zirədə “sülh”, “Neftçi”dən qələbə

15 Dekabr 2024, 20:25

Əsas xəbərlər, Premyer liqa Zirədə heyətlər məlum oldu

15 Dekabr 2024, 15:13

Əsas xəbərlər, Manşet, Premyer liqa “Neftçi” qələbə axtarışında, Zirədə avrokubok mübarizəsi

14 Dekabr 2024, 10:26

Əsas xəbərlər, Ölkə futbolu “Turan Tovuz”a texniki məğlubiyyət verildi

12 Dekabr 2024, 16:08

Əsas xəbərlər, Premyer liqa “Zirə”nin futbolçusuna ağır cəza

12 Dekabr 2024, 14:27

Əsas xəbərlər, Manşet, Premyer liqa Tura baxış: lider dəyişdi, autsayder dəyişmədi

10 Dekabr 2024, 10:36

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью