Zirədə söhbətgahda yanğın olub

09.02.2026

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Zirədə söhbətgahda yanğın olub

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində taxta konstruksiyadan ibarət söhbətgahda baş vermiş yanğın genişlənərək bilavasitə yaxınlıqda yerləşən fərdi yaşayış evinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 10 kvadratmetr olan söhbətgah və yaxınlıqda yerləşən fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.

Fərdi yaşayış evi yanğından mühafizə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью