“Zirə”dən başqa hər komanda öz yerini tutdu” Şahin Diniyev

18.05.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Zirə”dən başqa hər komanda öz yerini tutdu” - Şahin Diniyev

“Zirə”nin qıraqda qalması bir az təəssüf doğurur. Bütün çempionat boyu “Qarabağ” və “Sabah”dan sonra 3-cü komanda kimi “Zirə” görünürdü".

Bu sözləri QOL.az-a açıqlamasında futbol mütəxəssisi Şahin Diniyev deyib.

Misli Premyer Liqasında başa çatmaqda olan mövsümü dəyərləndirən Diniyev bildirib ki, "Zirə"dən başqa digər bütün klublar layiq olduğu yerdədir:

"Ola bilər ki, "Zirə"də zədələr oldu, yaxud da hansısa rotasiyalar edə bilmədilər, bunu deyə bilmərəm. Amma “Zirə” də avrokuboklara layiq komanda idi. Yalnız “Zirə”nin hazırkı yeri bir qədər təəssüf yaradır. Digər bütün komandalar öz oyunlarına uyğun yerdədirlər. Yəni "Zirə” istisna olmaqala hər komanda öz yerini tutdu".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью