“Zirə”dən ilk, “Sumqayıt” tək qalıb

03.05.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının XXXIII turu “Zirə”nin mövsümdə ilk dəfə qırmızı vərəqə ilə cəzalanması ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, əvvəlki 32 turda belə cəza almayan Bakı klubu “Turan Tovuz”la görüşdə azlıqda qalıb.

Ev oyununda Qismət Alıyev cəzalanıb. Komandasının kapitanı 59-cu dəqiqədə qırmızı vərəqə görüb.

“Zirə” cari mövsümdə belə cəza alan 9-cu komanda olub. Yalnız “Sumqayıt” çempionatı qırmızı görmədən davam etdirir.

Qeyd edək ki, cari mövsümdə 22 belə cəza verilib. Rəsmi şəxslərin də cəzalarını nəzərə alsaq, “Səbail”lə “Neftçi” də “Zirə” kimi 1, “Kəpəz”, “Qarabağ”, “Şamaxı” 2, “Sabah” 3, “Turan Tovuz”, 4, “Araz-Naxçıvan” 6 qırımızı vərəqə alıb.

Vüqar Xeyrullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью