“Zirə”dən qələbə, “Neftçi” uduzdu YENİLƏNİB İdmanXəbər

08.12.2024

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Misli Premyer Liqasında XVI turun daha iki oyunu keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk görüşündə “Kəpəz” “Zirə” ilə üz-üzə gəlib.

Tovuz şəhər stadionunda baş tutan matçı “qartallar” böyük hesabla qalib gəlib – 4:0.

Bu nəticənin ardından “Zirə” 26 xalla dördüncü, “Kəpəz” isə 10 xalla doqquzuncu sırada qərarlaşıb.

Digər qarşılaşmada isə “Sumqayıt” “Neftçi”ni qəbul edib. Görüş ev sahibinin qələbəsilə başa çatıb – 2:0.

“Sumqayıt” 19 xalla turnir cədvəlinin altıncı, 18 xala malik “Neftçi” isə səkkizinci sırasında yer alıb.

Misli Premyer Liqası

XVI tur, II dövrə

8 dekabr

16:00. “Kəpəz” – “Zirə” 0:4

Qollar: Salifu Suma, 32, Giorgi Papunaşvili, 45+7, İssa Cibrila, 48, Elçin Əmircanov, 73

Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Tovuz şəhər stadionu.

18:00. “Sumqayıt” –“Neftçi” 2:0

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.

VAR: İnqilab Məmmədov.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью