“Zirə”li: “Hədəfimiz hər iki cəbhədə uğurlu olmaqdır”

03.12.2024

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Zirə” Premyer Liqada üç turdan sonra qələbə qazanıb. “Qartallar” XV turda azarkeşləri önündə “Sumqayıt”ı üstələyib – 4:1.

“Zirə”nin qapıçısı Aydın Bayramov “FutbolPress“ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:

“Yaxşı komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, hər iki hissədə üstün olduq, çoxlu qol epizodları yaratdıq. Oyunun layiqli nəticəsi qələbə qazanmağımız idi. Oyundan əvvəl təzyiq yox idi, sadəcə ardıcıl məğlubiyyətlərdən sonra məsuliyyət hissi var idi”.

Qolkiper Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Şamaxı” ilə oyunundan söz açdı:

“Şamaxı” çempionatda son turlarda uğursuz olsa da, yaxşı kollektivdir. Komandalar kubok oyunlarına fərqli motivasiya ilə hazırlaşır. Ağır oyun olacağının fərqindəyik”.

Bayramov komanda olaraq hədəflərinin həm Premyer Liqada, həm də kubokda maksimum irəli getmək olduğunu bildirdi:

“Kubok avrokuboklar üçün qısa yoldur. Lakin indiki məqamda çempionatı da qurban vermək olmaz. Çalışacağıq ki, hər iki cəbhədə sona kimi mübarizə aparaq”.

Aydın Bayramov mövsümün əvvəlində digər qolkiper Tiaqo Silvaya rəqabətdə uduzsa da, son turlarda “çərçivə”ni özü qoruyur. Bayramov komandadakı rəqabətə də toxundu:

“Bizdə əsas və ya ehtiyat qapıçı anlayışı yoxdur. Qapıçılar arasında güclü rəqabət var və kimin oynayacağına baş məşqçi qərar verir. Lakin hər birimiz üçün vacib olan komandamızın uğur qazanmasıdır”.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Premyer liqa Favoritlər büdrəmədi, “zirzəmi”də dəyişiklik

2 Dekabr 2024, 10:11

Əsas xəbərlər, Premyer liqa Volkov üçün yubiley qolu

2 Dekabr 2024, 9:47

Əsas xəbərlər, Ölkə futbolu Rəşad Sadıqov: “Müasir futbolda mövqe hücumundan qol vurmaq çətindir”

30 Noyabr 2024, 19:51

Əsas xəbərlər “Zirə” ilə “Kəpəz” qələbə qazandı

30 Noyabr 2024, 18:51

Əsas xəbərlər, Ölkə futbolu “Zirə” – “Sumqayıt” matçının heyətləri bəlli oldu

30 Noyabr 2024, 15:56

Əsas xəbərlər, Manşet, Premyer liqa Liderlər itkiyə yol vermədi, “Neftçi” üçün dönüş oyunu

25 Noyabr 2024, 10:39

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью