Icma.az, Apasport portalına istinadən məlumat yayır.
Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
Apasport.az xəbər verir ki, püşkatmada “Zirə”nin də növbəti mərhələdəki potensial rəqibləri müəyyənləşəcək.
Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda II təsnifat mərhələsində Estoniya təmsilçisi “Payde”ni mübarizədən kənarlaşdıracağı halda aşağıdakı cütlərin qaliblərindən biri ilə qarşılaşacaq:
“Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya)
“Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya)
“Rakuv” (Polşa) – “Valetta” (Malta)“Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya)
“Polissya” (Ukrayna) – “Kopenhagen” (Danimarka)
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. “Zirə” “Payde” ilə ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Sumqayıtda keçirəcək.
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb DÇ-2026: İngiltərə dünya üçüncüsü oldu - YENİLƏNİB Asim Xudiyev "Braqa"nın oyununa təyinat alıb "Sabah"ın açıq məşqi və mətbuat konfransı olacaq BATE-nin baş məşqçisi: Azərbaycan futbolu inkişaf edir - EKSKLÜZİV