“Zirə”ni keçə bilməmişdilər, indi yeni idman direktoru gətirdilər

20.06.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Liverpul”un sabiq futbolçusu Martin Şkrtelin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, keçmiş müdafiəçi “DAK 1904” komandasına idman direktoru təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şkrtel karyerası ərzində Slovakiyada “Trençin”, “Spartak”, İngiltərədə “Liverpul”, Rusiyada “Zenit”, Türkiyədə “Başakşəhər” və “Fənərbağça”, İtaliyada “Atalanta”da forma geyinib. O, Slovakiya yığmasında 104 oyunda 6 qol vurub.

“DAK 1904” bu mövsüm Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə (4:0, 2:1) uduzmaqla turnirlə vidalaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью